Manisada baş verən zəlzələnin dəhşətli səsi qeydə alınıbbackend

Manisada baş verən zəlzələnin dəhşətli səsi qeydə alınıb

Gecə saat 01.36-da episentri Manisanın Soma rayonu olan 4,8 bal gücündə zəlzələnin yeni təhlükəsizlik kamerası görüntüləri ortaya çıxıb.

KONKRET.az xəbər verir ki, qısa müddət davam etsə də, zəlzələnin dəhşətli səsi təhlükəsizlik kameralarına əks olunub.

Xatırladaq ki, gecə saat 01.36-da Manisanın Soma rayonunda 4,8 bal gücündə zəlzələ qeydə alınıb. Zəlzələ İzmir, Aydın və Balıkəsir vilayətlərində də hiss olunub.

Zəlzələnin 10,24 kilometr dərinlikdə baş verdiyi müəyyən edilib. Somada iki fərqli yaşayış binasının təhlükəsizlik kameraları zəlzələni və yeraltı təkan nəticəsində yaranan səsi qeydə alıb.

Görüntülərdən görünür ki, yeraltı təkanlar saat 01.36-da yüksək səslə başlayıb və qısa müddət davam edib.

Günel Mikayılova,

KONKRET.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*