backend

Rusiya XİN: "Moskva Qarabağ müharibəsinə qarışmayacaq"

Rusiya Dağlıq Qarabağdakı münaqişənin həllində daha fəal iştirak etməyi planlaşdırır.

KONKRET.az xəbər verir ki, bu fikirləri bazar ertəsi günü Rusiya Federasiyası Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi Mariya Zaxarova “Exo Moskva” radiosunda deyib. “Rusiya münaqişədə deyil, həllində daha fəal iştirak etməyi planlaşdırır. Bildiyiniz kimi bu müddət ərzində diplomatik təmaslar və səylər davam edib, çünki münaqişə yenidən isti bir mərhələyə qədəm qoyub”.

Rusiya Xarici İşlər Nazirliyinin nümayəndəsi Moskvanın mövcud olan bütün imkanlardan istifadə edərək münaqişənin həll olunacağını və tərəflərin danışıqlar masasına oturacağını vurğulayıb.

Surxay Atakişiyev,

KONKRET.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*