Marselodan “Qarabağ” məğlubiyyəti haqda PAYLAŞIM – FOTObackend

Marselodan “Qarabağ” məğlubiyyəti haqda PAYLAŞIM - FOTO

“Olimpiakos”un futbolçusu Marselo Avropa Liqasının qrup mərhələsinin 3-cü turunda evdə “Qarabağ”a 0:3 hesabı ilə uduzduqları matçdan sonra sosial şəbəkə hesablarında paylaşım edib.

KONKRET.az xəbər verir ki, o, Yunanıstan klubunda rəsmi debüt etdiyi “Qarabağ”la görüş barədə yazıb:

Demək olar ki, 5 ay oynamadan sonra geri qayıtmaq asan deyil… Amma mən qayıdacağam. Lakin bəhanə yoxdur! Bu, mənim gözlədiyim debütüm deyildi. Əminəm ki, bundan sonra yaxşı olacaq.

Qeyd edək ki, Marselo “Qarabağ”la görüşün 60-cı dəqiqəsində Andreas Boxalikisin əvəzinə meydana daxil olub.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*