Marubo hinduları ilk dəfə internetə çıxış əldə etdilər – Ağsaqqallar narazıdırbackend

Marubo hinduları ilk dəfə internetə çıxış əldə etdilər – Ağsaqqallar narazıdır

Braziliyada yaşayan Marubo hinduları Starlink peyk sistemi sayəsində internetə çıxış əldə edib, sosial şəbəkələrə və pornoqrafiyaya aludə olublar.

KONKRET.az xəbər verir ki, nu barədə The New York Times yazır.

İtui çayının sahilində yaşayan Marubo qəbiləsinin iki minə yaxın insanı 2023-cü ildə ilk dəfə internetə çıxış əldə ediblər. İlk vaxtlar yeni texnologiya hindulara yalnız fayda gətirib: qohumlarla tez əlaqə saxlamaq, fövqəladə hallarda xilasediciləri çağırmaq və s. mümkün olub. Lakin ağsaqqallar tezliklə internetin insanları korlamağa başladığının fərqinə varıblar.

“Həyatımızı o qədər dəyişdi ki, internetin bizə zərərli olduğunu görməyə başladıq. Burada ov etmirsənsə, balıq tutmursansa və ya bir şey yetişdirmirsənsə, yemirsən. İnternet isə tənbəlləşdirir”, – Alfredo Marubo bildirib.

Liderlərin fikrincə, insanlar işləmək əvəzinə sosial şəbəkələrdə saatlarla vaxt keçirməyə başlayıblar. Bundan əlavə, bir çox gənc Marubo pornoqrafiyaya aludə olub və bu, əvvəllər ictimai yerlərdə öpüşməyin belə qəbuledilməz hesab edildiyi bir mədəniyyətdə narazılıqlar yaradır.

Orxan

KONKRET.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*