Maşında uşaqlarla bağlı TƏHLÜKƏLİ HAL: DYP hərəkətə keçdibackend

Maşında uşaqlarla bağlı TƏHLÜKƏLİ HAL: DYP hərəkətə keçdi

Baş Dövlət Yol Polisi İdarəsi avtomobildə sərnişinlərin, xüsusilə uşaqların daşınması zamanı təhlükəsizlik qaydalarına riayət olunması ilə bağlı sürücülərə və valideynlərə müraciət edib.

KONKRET.az xəbər verir ki, İdarə hərəkətdə olan avtomobillərdə sərnişinlərin təhlükəsizlik kəmərindən istifadə etməməsi, uşaqların avtomobilin pəncərəsindən bədənlərinin hər hansı hissəsini çıxarması və ayaqüstə dayanması kimi halların ciddi təhlükə yarada biləcəyini bildirib.

Qeyd olunub ki, xüsusilə uşaqların daşınması zamanı onların yaş və çəkilərinə uyğun təhlükəsizlik vasitələrindən, o cümlədən uşaq oturacaqlarından istifadə edilməli və təhlükəsizlik kəməri düzgün şəkildə bağlanmalıdır.

Baş Dövlət Yol Polisi İdarəsi vurğulayıb ki, uşaqların təhlükəsizliyi ilk növbədə böyüklərin diqqətindən və məsuliyyətli davranışından asılıdır.

İdarə yol hərəkəti iştirakçılarını təhlükəsizlik qaydalarına əməl etməyə çağırıb.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*