Mask “Twitter”i alacağı təqdirdə işçilərin 75%-ni ixtisar edəcəkbackend

Mask "Twitter"i alacağı təqdirdə işçilərin 75%-ni ixtisar edəcək

Amerikalı milyarder İlon Mask “Twitter” sosial şəbəkəsini alacağı təqdirdə şirkət işçilərinin 75%-ni işdən çıxaracaq.

KONKRET.az xəbər verir ki, bu barədə “The Washington Post” mənbələrə və korporativ sənədlərə istinadən yazıb.

Məlumata görə, Maskla sövdələşmə baş tutmasa belə, şirkətdə yenə də iri miqyaslı ixtisarlar gözlənilir.

Bildirilib ki, hazırda “Twitter”in 7500 əməkdaşı var. İlon Maskın planı reallaşarsa, o zaman şirkətin 2 minə yaxın işçisi olacaq. Lakin sövdələşmə uğursuz olsa belə, hazırkı şirkət rəhbərliyi gələn ilin sonuna qədər əmək haqqı fondunu təxminən 800 milyon dollar azaltmağı planlaşdırır.

Qeyd edək ki, İlon Maskın “Twitter”i almaq planları apreldə məlum olub, lakin iyulda o, təklifini geri götürüb. Şirkət sövdələşmənin dayandırılması ilə əlaqədar iş adamını məhkəməyə verib. Oktyabr ayında Mask sosial şəbəkəni almaq üçün sövdələşməni tamamlamaq qərarına gəlib. Məhkəmə ona oktyabrın 28-dək vaxt verib.

İqbal Rzayev,

KONKRET.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*