Matvienko: “24 ölkə BRİKS-ə üzv olmaq üçün hazırdır”backend

Matvienko: "24 ölkə BRİKS-ə üzv olmaq üçün hazırdır"

“İyirmi dörd ölkə BRİKS-ə qoşulmaq üçün hazırdır”.

KONKRET.az xəbər verir ki, bunu “Rossiya 24” telekanalının efirində Rusiya Federasiya Şurasının sədri Valentina Matvienko deyib.

Onun sözlərinə görə, təşkilata daxil olmaq üçün meyarlar hazırlamaq lazımdır.

“Bu, maraqlar klubu deyil, beynəlxalq münasibətlərin inkişafı birliyidir. Kiminsə uydurduğu qaydalar burada keçərli deyil”, – Federasiya Şurasının sədri izah edib.

Bundan əvvəl Azərbaycan assosiasiyaya qoşulmaq istəyini açıqlamışdı.

Burhan,

KONKRET.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*