2025/26 mövsümü UEFA Çempionlar Liqasının bombardiri müəyyənləşib.
KONKRET.az xəbər verir ki, bu ada 15 qolla “Real”ın hücumçusu Kilian Mbappe layiq görülüb. “Bavariya”dan Harri Keyn 2-ci (14 qol), “Atletiko”dan Xulian Alvares, “Nyukasl”dan Entoni Qordon və PSJ-dən Xviça Kvaratsxeliya isə (hər üçü 10 qol) 3-cü olublar.
Liqa mərhələsində 5 qol vurmuş “Qarabağ”ın kolumbiyalı hücumçusu Kamilo Duran isə 10 futbolçu ilə birgə 17-ci yeri tutub. (qol.az)
