MDB Dövlət Başçıları Şurasının iclası başa çatdıbackend

MDB Dövlət Başçıları Şurasının iclası başa çatdı 

Oktyabrın 13-də Qırğızıstan Respublikasının paytaxtı Bişkek şəhərində MDB Dövlət Başçıları Şurasının geniş tərkibdə iclası keçirilib.

KONKRET.az APA-ya istinadən xəbər verir ki, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev iclasda iştirak edib.

Qırğızıstan Prezidenti Sadır Japarov iclasda aparılan müzakirələrin MDB-yə üzv ölkələr arasında əməkdaşlığın inkişafına töhfə verəcəyini vurğulayıb. Sadır Japarov MDB-yə sədrliyin Qırğızıstandan Rusiyaya keçdiyini elan edib.

Rusiya Federasiyasının Prezidenti Vladimir Putin ölkəsinin MDB-yə sədrliyi dövründə prioritet hədəfləri barədə məlumat verib. Vladimir Putin MDB Dövlət Başçıları Şurasının növbəti iclasının gələn ilin oktyabrında Moskvada keçiriləcəyini vurğulayıb.

İclasda çıxış edən MDB-nin Baş katibi Sergey Lebedev imzalanacaq sənədlər barədə məlumat verib.

Daha sonra sənədlər imzalanıb.

Bununla da MDB Dövlət Başçıları Şurasının iclası başa çatıb.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*