Məhkəmə Jirinovskinin qeyri-qanuni oğlu ilə bağlı QƏRAR VERDİbackend

Məhkəmə Jirinovskinin qeyri-qanuni oğlu ilə bağlı QƏRAR VERDİ

Oleq Eydelşteyn mərhum siyasətçi Vladimir Jirinovskinin oğlu kimi tanınıb.

KONKRET.az rus mediasına istinadən xəbər verir ki, bu barədə “İzvestiya” nəşri məlumat yayıb .

Eydelşteyn atalığın tanınmasına dərhal nail ola bilməyib. 2023-cü ildə Moskvanın Nikulinski Məhkəməsi onun iddiasını rədd edib. Lakin apellyasiya şikayətindən sonra məhkəmə qərarını ləğv edib.

Yenidən Moskvaya üz tutan Eydelşteyn paytaxtda məsələnin müsbət həllinə nail olub.

Xatırladaq ki, Vladimir Jirinovskinin qeyri-qanuni oğlu hələ 2023-cü ildə peyda olub. Sonra o, mirası almaq üçün məhkəmədən atalığın tanınmasını tələb edib.

Xatirə SADİQ,

KONKRET.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*