Məhkəmə mülk üstündə qardaşı arvadını döyən qadınla bağlı qərar çıxardıbackend

Məhkəmə mülk üstündə qardaşı arvadını döyən qadınla bağlı qərar çıxardı

Gəncə Apellyasiya Məhkəməsində qəsdən sağlamlığa yüngül zərər vurmada təqsirləndirilən Məleykə Lətifovanın (adı, soyadı şərtidir) barəsindəki hökmdən verilən apellyasiya şikayəti üzrə məhkəmə prosesi başa çatıb.

KONKRET.az pravdaaz-a istinadən xəbər verir ki, hakim Salman Hüseynovun sədrliyi ilə keçirilən prosesdə qərar elan edilib.

Qərara əsasən, təqsirləndirilən şəxsin apellyasiya şikayəti təmin edilməyib.

İttihama görə, təqsirləndirilən şəxs şəxsi münasibətlərin pozulması zəminində yaranmış mübahisə zamanı qardaşı arvadı İnarə Salamovanın (adı, soyadı şərtidir) sağlamlığına qəsdən yüngül zərər vurub.

Belə ki, hadisə 2025-ci il tarixdə saat 21 radələrində Gədəbəy rayonunda baş verib.

Məlumata görə, 1979-cu il təvəllüdlü Məleykə Lətifova özünə məxsus evin həyətində qardaşı arvadı İnarə Salamova ilə mülk məsələsi səbəbindən mübahisə edib. Mübahisə zamanı tərəflər arasında şəxsi münasibətlərin pozulması zəminində yaranmış münaqişə daha da kəskinləşib. Sonra Məleykə Lətifova qardaşı arvadını əl-qol zərbələri və daş parçası ilə döyüb.

Nəticədə zərərçəkmiş şəxsin boyun nahiyəsində sıyrıq, sol bazusunda şişkinlik və geniş ölçülü qançır, həmçinin sol dizində şişkinlik yaranıb.

Qeyd olunan xəsarətlər sağlamlığın qısa müddətə pozulmasına səbəb olan yüngül dərəcəli bədən xəsarətləri kimi qiymətləndirilib.

Beləliklə, təqsirləndirilən şəxsin qardaşı arvadının sağlamlığına qəsdən yüngül zərər vurduğu müəyyən edilib.

Gədəbəy Rayon Məhkəməsinin hökmü ilə Məleykə Lətifova Cinayət Məcəlləsinin 128-ci maddəsi ilə nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinib. Ona 6 ay müddətinə azadlığın məhdudlaşdırılması cəzası təyin edilib. Lakin məhkəmə hökmündə “Konstitusiya və Suverenlik İli münasibətilə amnistiya elan edilməsi haqqında” Milli Məclisin 2025-ci il tarixli qərarının müddəalarını da nəzərə alıb. Belə ki, həmin qərarın 1.12 və 5.1-ci bəndlərinə əsasən, təqsirləndirilən şəxsə təyin edilmiş 6 aylıq azadlığın məhdudlaşdırılması cəzasından azad edilməsi qərara alınıb. Bununla yanaşı, onun barəsində seçilmiş başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri ləğv edilib.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*