Məhkəmə Şakiranın cinayət məsuliyyətinə cəlb olunması barədə qərar qəbul etdibackend

Məhkəmə Şakiranın cinayət məsuliyyətinə cəlb olunması barədə qərar qəbul etdi

İspaniyanın Barselona məhkəməsi məşhur müğənni Şakiranın cinayət məsuliyyətinə cəlb olunması barədə qərar qəbul edib.

KONKRET.az “RİA Novosti”yə istinadən xəbər verir ki, bu barədə İspaniyanın Kataloniya bölgəsinin Ali Məhkəməsinin press-relizində bildirilib.

Məlumata görə, 45 yaşlı müğənni 2012-2014-cü illər arasında İspaniyada vergi rezidenti olduğu müddətdə altı cinayət törətməkdə ittiham olunur. Şakira 14,5 milyon avro məbləğində vergidən yayınmaqda şübhəli bilinir.

Məhkəmənin qərarında icraata başlamaq üçün “kifayət qədər əsasların” olduğu vurğulanıb.

Bildirilib ki, qərar ötən il Şakiranın vəkillərinin vergi cinayətləri faktı ilə bağlı rəyə etirazına cavab olaraq qəbul olunub. İttiham tərəfinin fikrincə, müğənni İspaniyada vergiyə cəlb olunan vəsaitləri ofşor hesablara çıxarıb.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*