Məhkəmədən diqqət çəkən siluet qərarı: Satışa hazır olan yaşayış binası sökülürbackend

Məhkəmədən diqqət çəkən siluet qərarı: Satışa hazır olan yaşayış binası sökülür

Yaponiyanın paytaxtı Tokioda ən ikonik mənzərələrindən biri olan tarixi məkanın siluetini pozan binalar böyük reaksiyalara səbəb olub.

KONKRET.az xəbər verir ki, Yaponiyada tikintisi başa çatan və mənzilləri satışa hazır olan yaşayış binasının ölkənin ən hündür nöqtəsi olan Fuji dağının mənzərəsini kəsdiyi üçün söküləcəyi bildirilib.

Binanın küçə sakinlərinin Fuji dağına baxmasına mane olması böyük reaksiyaya səbəb olub.

Sekisui House şirkətinin açıqlamasına görə, Tokionun Kunitaçi rayonunda 18 mənzilli 10 mərtəbəli yaşayış binası sakinlərin “Fuji dağına baxışını” əngəlləyib.

Ərazidə yaşayan məhəllə sakinləri tikintisi başa çatan və mənzilləri satışa hazır olan binanın Fuci dağının mənzərəsini qismən kəsməsi ilə bağlı şikayətlərini artırıblar.

Açıqlamada tikinti layihəsində görünüşə təsirin yetərincə nəzərə alınmadığı qəbul edilib və demək olar ki, satışa hazır olan binanın sökülməsinə qərar verildiyi bildirilib.

Vəziyyəti nadir hadisə kimi qiymətləndirən podratçı şirkət məhəllə sakinləri ilə görüşlərdə mərtəbələrin sayının azaldılması təkliflərini rədd etdikdən sonra onu sökmək qərarına gəlib.

Kunitaçi stansiyasına piyada 10 dəqiqəlik məsafədə yerləşən binanın tikintisinə 2023-cü ilin yanvarında başlanılıb və mənzillərin qiymətlərinin 70 milyon yendən (446 min dollar) başlayır.

Qeyd edək ki, Yaponiyanın Yamanaşi və Şizuoka əyalətləri arasında yerləşən və “UNESCO-nun Ümumdünya İrs Siyahısına” daxil olan, hündürlüyü 3776 metr olan Fuci dağı ölkənin milli simvollarından biridir.

Rəsmiyyə Şərifova,

KONKRET.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*