Məişət zorakılığına qarşı qeyri-adi etiraz – FOTOLARbackend

Məişət zorakılığına qarşı qeyri-adi etiraz - FOTOLAR

məişət zorakılığıKONKRET.AZ xəbər verir ki, rəssam Vahid Tuna məişət zorakılığı probleminə diqqət cəlb etmək üçün qeyri-adi üsula əl atıb. Belə ki,  İstanbulda qadın ayaqqabılarından ibarət bir sənət forması yaradılıb. Rəssam 440 cüt qadın ayaqqabısını divara asaraq izləyicilərin və şəhərin qonaqlarının diqqətini bu mozaikaya cəlb edə bilib.

Məlum olduğu kimi Türkiyənin bəzi bölgələrində kimsə öləndə ayaqqabılarını evin yaxınlığındakı divara asmaq adətdir. Tuna bu ənənədən məharətlə istifadə edərək heç kəsi laqeyd qoymayacaq bir kompozisiya yarada bilib.

Tuna təkcə sənət həvəskarlarının deyil, həm də adi yoldan keçənlərin də diqqətini cəlb etməklə ölkədə məişət zorakılığı problemi barədə açıq danışmağı təşviq edib.

Sənətçi ayaqqabıların daha altı ay divarlarda qalacağını deyib.

KONKRET.AZ

 

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*