Meksikanın şimalında otelə silahlı hücum olub.
KONKRET.az xəbər verir ki, bu barədə Meksika mətbuatı məlumat yayıb.
Belə ki, Mexiko şəhərinin Lindavista rayonunda bir otelə basqın edən silahlı şəxslər ətrafa atəş açıblar.
Hücum nəticəsində 11 nəfər ölüb, 4 nəfər yaralanıb.
Silahlılar daha sonra oteli yandırıblar.
Hücumun mütəşəkkil cinayətkar təşkilatların qarşıdurması nəticəsində baş verdiyi bildirilir.
İqbal Rzayev,
KONKRET.az
