“Məktəbdə bomba var” deyən şəxsə cinayət işi açıldıbackend

Məktəbdə bomba var” deyən şəxsə cinayət işi açıldı

Ağsuda “məktəbdə bomba var” deyən şəxsə cinayət işi başlanılıb.

DİN-in Mətbuat Xidmətindən  KONKRET.az-a bildirilib ki, mayın 4-ü saat 4.50-də DİN-in “102 – Zəng Mərkəzi”nə mobil telefondan zəng edən şəxs “Ağsu rayonunun Ərəbuşağı kəndindəki orta məktəbdə bomba var” deyərək telefonu söndürüb.

Polis tərəfindən müvafiq tədbirlər həyata keçirilib və məlumat təsdiqini tapmayıb. Araşdırmalarla telefon zənginin Ərəbuşağı kənd sakini, ruhi xəstə, 23 yaşlı F.Nizamlı tərəfindən edilməsi müəyyən olunub və o, saxlanılıb.

Faktla bağlı cinayət işi başlanılıb.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*