Məktəblərdə dərs saatları dəyişdirilə bilərbackend

Məktəblərdə dərs saatları dəyişdirilə bilər

Məktəblərdə dərs saatlarının dəyişdirilməsi müzakirə olunur.

KONKRET.az Trend-ə istinadən xəbər verir ki, bu barədə elm və təhsil naziri Emin Əmrullayev yeni dərs ili ilə bağlı mətbuat konfransında çıxışı zamanı deyib.

“Bu valideynlərin iş saatları ilə əlaqəlidir. Hazırda bununla bağlı elan ediləcək qərar yoxdur. Lakin vəziyyət təhlil olunur”

Nazir bildirib ki, məktəbədə gecikmə halları olmaması üçün uşaqları evə yaxın məktəbə qoymaq daha yaxşı olardı.

“Məktəb yaşayış yerinə uzaqdırsa, ictimai nəqliyyatdan istifadə edilməlidir”, – deyə nazir qeyd edib.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*