Rusiyalı müğənni Valeri Meladzedən İspaniyadakı villasını satmaq tələb olunub.
KONKRET.az xəbər verir ki, ona bu təklifi “Rusiya Veteranları” fəalları ediblər.
Fəallar sənətçinin ölkəyə qayıtmaq istəyindən xəbər tutub və onu “xüsusi hərbi əməliyyat” zonasında humanitar missiyalara qoşulmağa dəvət edib.
Bundan əlavə, hərəkat müğənninin Rusiya ordusuna maddi yardım edəcəyini gözləyir:
“O, İspaniyadakı villasını satacaq və əldə olunan gəliri SVO-nun ehtiyaclarına bağışlayacaq. Dəbdəbəli mənzillər üçün ayrılan vəsait könüllülərə, hərbi qulluqçulara və döyüş bölgəsindəki bölmələrə xeyli yardım edəcək”, – deyə “Rusiya Veteranları” fəalları bildirib.
Burhan,
KONKRET.az