“Məleykə Abbaszadə 30 il ərzində bir yenilik gətirə bilmirsə, mütləq getməlidir” –  Təhsil ekspertibackend

“Məleykə Abbaszadə 30 il ərzində bir yenilik gətirə bilmirsə, mütləq getməlidir” -  Təhsil eksperti

“Dövlət İmtahan Mərkəzi əvvəlki illərə xas olan rüşvət və korrupsiyadan qurtulmaq üçün yaradılmışdı. Nəzərdə tutulmuşdu ki, 2, 3, 5 ilə bu sistem yenilənsin. Təəssüflər olsun ki, o müddətdən sonra biz 3 nəsil yetişdirmişik, amma hələ Dövlət İmtahan Mərkəzinin bir yenilik gətirdiyini görməmişik. 1992-ci ildə TQDK (İndiki Dövlət İmtahan Mərkəzi) necə qurulmuşdusa, elə də qalıb…” 

KONKRET.az xəbər verir ki, bu sözləri Yenisabah.az-a açıqlamasında  təhsil eksperti Məzahir Məmmədli deyib.

O, Dövlət İmtahan Mərkəzinin uzun illərdir ki, heç bir yenilik etmədiyini bildirib:

“Təkcə bir neçə il əvvəl Dövlət İmtahan Mərkəzi tərəfindən açıq tipli suallar yenilik kimi gətirildi, amma bu da abituriyentlərin ziyanına oldu. Məleykə Abbaszadə vəzifəyə gələndən bəri sosial şəbəkələrdə, mətbuatda hər zaman müzakirələr gedib, qurum tənqid edilib. İllərdir deyilir ki, bu qurum birbaşa Elm və Təhsil Nazirliyinə qarşıdır. Bu isə abituriyentlərin başında çartlayır. Qurum nazirliyə qarşı olan planlarını abituriyentlərin üzərində sınaqdan keçirib. Əgər Dövlət İmtahan Mərkəzi təmiz, şəffaf işləmək istəyirsə, bunun üçün xüsusi meyar müəyyən olunmalıdır. Bir halda ki, Dövlət İmtahan Mərkəzi imtahanları həyata keçirir, o zaman sualları hazırlayan ayrıca struktur olmalıdır.

Abituriyentlər buraxılış imtahanı verirlər, imtahandan 3 ay sonra tətilə çıxırlar. Buraxılış imtahanı vermiş abituriyent niyə əlavə dərsə getsin? Bu həm tədrisin keyfiyyətini aşağı salır, həm də tədrisi pozur. Bu tip problemlər çoxdur”.

Ekspert qeyd edib ki, bu Dövlət İmtahan Mərkəzi mövcud problemləri aradan qaldırmasa, qurumun varlığı belə sual altında olacaq:

“Bundan başqa, dərs vəsaitlərinə əlavələrin çap olunması ilə bağlı məsələ var. Təhsil Nazirliyi tərəfindən fənnlər təsdiq olunur və Nazirlər Kabinetinin xüsusi sərəncamı ilə dərs vəsaitlərinin çap olunmasına icazə verilir. Amma Dövlət İmtahan Mərkəzində “test müəllimi” – bunker müəllimi sistemi var. Bu, abituriyentləri asanlıqla özünə cəlb etmək məqsədlidir. Bu, alternativ təhsildir. Bu gün biz repetitorların üzərinə düşmüşük, lakin əslində alternativ təhsili meydana gətirən məhz Dövlət İmtahan Mərkəzidir. Bu qurum dərs vəsaitləri çap edir və buraxılış imtahanına düşən sualların əksəriyyəti məhz onların hazırladığı kitablardan olur. Ona görə də abituriyentlərin əsas diqqəti Dövlət İmtahan Mərkəzinin çap etdiyi vəsaitlərdə və bunker müəllimlərindədir.

Nə qədər ki, belə davam edəcək, Dövlət İmtahan Mərkəzinin varlığı özü şübhə altındadır, nəinki Məleykə Abbaszadənin”.

M.Məmmədli DİM sədrinin istefasının vacib olduğunu vurğulayıb:

“M.Abbaszadənin artıq kifayət qədər yaşı var. Məmurlar 65 yaşında təqaüdə çıxırsa, Abbaszadənin artıq 70 yaşı var. Mən onun şəxsinə qarşı nöqsanlı söz deyə bilmərəm, sadəcə, Dövlət İmtahan Mərkəzinin quruluşu ilə bağlı sistem kifayət qədər qüsurlu qurulub və qüsurları aradan  qaldırmaq üçün mexanizmlər hazırlanmalıdır.

O ki, qaldı son illərdə tez-tez müzakirə edilən Məleykə Abbaszadənin vəzifədən getməsi məsələsinə, bəli, o, getməlidir. Əgər bir insan vəzifədə olduğu 30 il ərzində bir yenilik gətirə bilmirsə, mütləq getməlidir”.

  • Xudaverdiyeva Səadət
    Avqust 16, 2023 - 02:19

    DİM -in fəaliyyəti haqqında bir söz demək olar: Bu qurum bir çox maneələr, əngəllərə baxmayaraq, günün tələbləri səviyyəsində işləmək üçün mümkün olan hər şeyi edir.

  • Rəna Əmirova
    Avqust 16, 2023 - 11:21

    DİM- bütün zaman yenilik edib və Azərbaycan təhsilin dünya təhsil sisteminə yaxinlasdirilmasina xidmət edib. Azərbaycan təhsil sisteminin inkişafını ləngidən bu məqaləni yazan saxta təhsil exspertləridir. Bunlar hansı xidmətlərinə görə təhsil eksperti olublar? Çox təssüf.

  • Yaşar Hüseynəliyev
    Avqust 16, 2023 - 13:47

    Təhsil eksperti kimi nə anlayış, nə də vəzifə mövcuddur, elm və təhsil haqqında qanunlarda da əksini tapmamışdır. Bu ad altında insanlar şou aləmi kimi özlərini göstərərək dövlət qurumlarının işinə əngəl olmağa çalışırlar. DİM, işini professional səviyyədə quran qurumdur. Əlbəttə, heç bir rəhbər daimi deyil, zamanı gələndə əvəz olunacaqdır.

  • Kamalə
    Avqust 16, 2023 - 15:31

    nə yenilik axtarırsız?şəffaflıqı saxlayıb bəsimizdi?yenilik nəyə deyirsiz?pullu kasıbın yerin “alsın”?

  • Südabə Servi
    Avqust 16, 2023 - 16:34

    Sizlər Məleykə Abbaszadənin kimisiniz, nəyisiniz,, belə müdafiə edirsiz? Bizdə təhsil çox geridə qalıb…yerində sayır. Həm Təhsul nazirliyi, həm də DİM millətin maariflənməsi, inkişafı naminə çox az iş görürlər. Qaneedici deyil!

  • Aysel
    Avqust 16, 2023 - 18:21

    Qətiyyən razı deyiləm. Respublikada ədalətli işini aparan bir neçə qurum varsa, biri də DİM-dir.

  • Natasa
    Avqust 16, 2023 - 21:29

    Elm ve tehsil nazirliyi miq adi altinda dimde 250 300 balla odenisli esaslarla qebul edib diplom verdiyi telebesi muellimi bu gun işsizdirse onun gunahkari kimdir?
    Umumen tehsil sistemi duzgun qurulmayib kurikulum adi altinda ne geldi edirler
    Esasli deyisiklik nazirlikden ve nazirden baslamali tehsilden xeberi olanlar tehsille mesgul olmalidir

  • Eldar Abdullayev.
    Avqust 16, 2023 - 23:33

    Məktəblərin fəaliyyəti iflic vəziyyətindədir, bunker müəllimləri, repetitorlar meydan suçlayırlar. Məktəb direktorları uşaqları dərsdən yayındırır, repetitorluq fəaliyyətinə zəmin yaradırlar (bir çox hallarda maddi maraq güdərək). Məktəblərin əksəriyyətində summativ qiymətləndirmələr (həm də BSQ-lər) qaydalara uyğun düzgün aparılmır, müəyyən hallarda saxtalaşdırmaya yol verilir.

  • Şahin
    Avqust 17, 2023 - 06:20

    Mən mənn 2003-cü ildən müqavilə ilə imzalanmış qrantımizı elə həzm edib ki. hələbdə haqsizlıq nəticəsində icra olunmur.

  • Şahin
    Avqust 17, 2023 - 06:22

    Haqsız insandır.

  • Nigar
    Avqust 18, 2023 - 01:59

    Azerbaycan dili dovlet dili kimi imtahaninda guzeşt etmediler 200 bal yigan qaldi ortada 60bal yigana şans açildi.Bes savada deyer?

Kamalə üçün bir cavab yazın Cavabı ləğv et

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*