Meloninin “Mən o qancığam” deməsi seçki şüarına çevrildibackend

Meloninin “Mən o qancığam” deməsi seçki şüarına çevrildi

İtaliyanın baş naziri Meloni opponentlərinin onun üçün işlətdiyi “qançıq” ifadəsini öz xeyrinə çevirib və seçki şüarına çevirib.

KONKRET.az xəbər verir ki, Avropa Parlamenti seçkilərinə hazırlaşan İtaliyanın baş naziri Giorgia Meloni solçu qubernatorla salamlaşmasında işlətdiyi “Mən o qancığam” ifadəsi ilə gündəmdə qalmaqda davam edir.

Keçən həftə Campania bölgəsinə səfəri zamanı Meloni əvvəllər ondan “qaşıq” kimi bəhs edən solçu qubernator Vincenzo De Luca ilə əl sıxarkən “Salam, mən o qancığam” deyib.

Qadın baş nazirin bu açıqlaması seçki kampaniyasında şüar olub. Həftə sonu Romada keçirilən mitinqdə Meloninin o anları videoda nümayiş etdirilib və böyük alqışlarla qarşılanıb.

Bir çox şərhçilər bu addımın Avropa Parlamenti seçkilərinə marağı artırdığını, adətən ölkələrdə bu seçkilərə o qədər də diqqəti cəlb etmədiyini bildiriblər. Euromedia Research sorğusunun rəhbəri Alessandra Ghisleri d\ə tövsiyə edib ki, “Diqqəti cəlb etmək üçün daha çox çalışmaq lazımdır. Çünki Aİ ilə əlaqəli məsələlər çox uzaq görünür”.

Meloni seçkidə qalib gəlsə belə, onun Avropa Parlamentinə deputat olması gözlənilmir. Aİ-də seçkilər ölkələrin daxili siyasətində bir növ populyarlıq yarışması kimi qiymətləndirilir.

Natiq Səlim,

KONKRET.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*