Məmmədyarov məğlub oldubackend

Məmmədyarov məğlub oldu

Azərbaycan şahmatçısı Şəhriyar Məmmədyarov norveçli dünya çempionu Maqnus Karlsenin təşkil etdiyi “Champions Chess Tour” onlayn seriyasının dördüncü mərhələsində növbəti görüşlərini keçirib.

KONKRET.az xəbər verir ki, azərbaycanlı şahmatçı “Chessable Masters” adlanan turnirin 1/4 finalında çinli rəqibi Dinq Lirenlə üz-üzə gəlib.

Azərbaycan təmsilçisi oyunda uduzaraq mübarizəni dayandırıb.

Qeyd edək ki, turnirin mükafat fondu 210 000 ABŞ dollarıdır. 19 xala malik Məmmədyarov 12 görüşdən sonra 5-ci pillədə qərarlaşıb. “Chessable Masters”də 16 zəka sahibi çıxış edir.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*