Mer təyin olunandan bir gün sonra işdən çıxarıldı – Rusiyada BİABIRÇILIQbackend

Mer təyin olunandan bir gün sonra işdən çıxarıldı - Rusiyada BİABIRÇILIQ

Kemerovo vilayətinin Prokopyevsk şəhərinin yeni meri Vyaçeslav Starçenko işə başladıqdan bir gün sonra işdən çıxarılıb.

KONKRET.az rus mediasına istinadən xəbər verir ki, Kuzbass vilayətinin qubernatoru Çivilyovun dediyinə görə, Listvyajnayada baş verən faciəyə baxmayaraq Starçenko təyinatını restoranda böyük şadyanalıqla qeyd edib.

Qeyd edək ki, Listvyajnaya həlak olan şaxtaçılar və xilasedicilər üçün matəm saxlanılırdı.

Kuzbass vilayətinin rəhbəri daha sonra deyib: “Bu vəziyyəti təsvir edə biləcək söz tapmaq çox çətindir. Banketdə olan insanlarda sadəcə rəhm, ürək yoxdur. Necə ola bilər ki, onlar özlərinə bunu yaraşdırıblar. Dəhşətli faciə baş verib, bizim üçün bu ağır gündə necə bayram keçirmək olar?!”, – deyə qubernator təəssüfləndiyini bildirib.

Natiq Səlim,

KONKRET.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*