Meral Akşener xəstəxanaya yerləşdirildibackend

Meral Akşener xəstəxanaya yerləşdirildi

Türkiyənin müxalif partiyalarından olan İYİ partiyanın sədri Meral Akşener xəstəxanaya yerləşdirilib.

KONKRET.az xəbər verir ki, bu barədə partiya rəsmiləri məlumat veriblər.

Bildirilib ki, Akşener ürəyində yaranmış narahatlıq səbəbindən xəstəxanaya aparılıb. Xanım siyasətçinin səhhətində ciddi problemin olmadığı, gecəni xəstəxanada keçirəcəyi qeyd olunub.

Məlumata görə, Akşenerin sabah evə buraxılması planlaşdırılır.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*