“Mersedes” körpüdən aşdı, keçidə düşdü – Xəsarət alanlar var – VİDEObackend

“Mersedes” körpüdən aşdı, keçidə düşdü - Xəsarət alanlar var - VİDEO

Hacıqabulda avtomobil körpüdən aşıb, 2 nəfər xəsarət alıb.

KONKRET.az APA-ya istinadla xəbər verir ki, hadisə Bakı-Qazax magistralının Hacıqabul rayonu Nəvahi qəsəbəsinin ərazisindən keçən hissəsində qeydə alınıb.

Gəncə sakini, 1951-ci il təvəllüdlü Dəmir Əli oğlu İsmayilovun idarə etdiyi “Mersedes” markalı avtomobil idarəetməni itirib. Yoldan çıxan avtomobil yeraltı keçidin dəmir səddini qıraraq keçidə düşüb.

Nəticədə sürücü və avtomobildə olan sərnişin Gəncə sakini, 1970-ci il təvəllüdlü Yeganə Şəmil qızı Bayramova xəsarət alıblar. Onlar Hacıqabul rayon xəstəxanasına və daha sonra Şirvan xəstəxanasına yerləşdiriliblər.

Faktla bağlı araşdırma aparılır.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*