Məşhur amerikalı aktyor Sem Lloyd 56 yaşında dünyasını dəyişib.
KONKRET.az xarici mətbuata istinadən xəbər verir ki, hələ ötən ilin yanvar ayında onda xərçəng aşkarlanmışdı.
Məlumata görə, aktyor diaqnoz barədə ilk uşağının doğulmasından bir neçə həftə sonra öyrənib.
Məşhur aktyor “Scrubs”, “Utanmazlar”, “Fədakar evdar qadınlar”, “Amerikan ailə”, “Saynfeld” seriallarında rol alıb.




