Ötən yay türkiyəli aktyor Barış Arduçla evlənən aktrisa Gupse Özayın uzun müddət görünməməsinin səbəbi məlum olub.
KONKRET.az Türkiyə KİV-ə istinadən xəbər verir ki, məşhur aktrisanın hamilə olduğu bildirilib.
Gupse Özayın 6 aylıq hamilə olduğu və qız övladı gözlədiyi öyrənilib.
Qeyd edək ki, Barış Arduç bu yaxınlarda “Gupse xanımı görə bilmirik” sualına “Evdə yazır, rəsm çəkir, tezliklə görərsiniz” cavabını verib.
