Məşhur “National Geographic” jurnalı ştatda olan son işçilərini də ixtisar edib və bundan sonra ABŞ-nin rəflərində olmayacaq.
KONKRET.az xəbər verir ki, nəşr 19 jurnalistini işdən çıxarıb. Onlardan bir neçəsi bu barədə “Twitter” hesabında məlumat yayıb. “Mənim çox peşəkar jurnalistlərlə işləmək və mühüm, qlobal hekayələr barədə danışmaq imkanım oldu”, – deyə keçmiş redaktorlarından biri Kreyq Uelç yazıb.
Məlumata görə, tezliklə redaksiyanın işinə ştatdankənar işçilər və bir neçə ştatda olan redaktor cavabdeh olacaqlar. Bununla belə “National Geographic”dən bildirilib ki, bəzi müəlliflər hələ ki ştatda qalacaqlar. Qeyd edək ki, 100 ildən artıqdır flora, fauna və bəşəriyyət barədə məlumatlar verən “National Geographic” jurnalında işçilərin ixtisarı xərclərin azaldılması tədbirləri çərçivəsində həyata keçirilib.//“Washington Post”
