“Məşhur öpüş”ün qəhrəmanı qocalar evində vəfat edibmiş – FOTObackend

"Məşhur öpüş"ün qəhrəmanı qocalar evində vəfat edibmiş - FOTO

Tarixdə “ən məşhur öpüş” kimi yadda qalan fotoşəkil 1945-ci il II Dünya müharibəsi bitdikdən sonra avqust ayında çəkilib. Müharibədən qayıdan əsgər Nyu-York meydanında tibb bacısını öpüb. Bu öpüşün qəhrəmanları 1970-ci illərdə tapılıb. Tibb bacısının adı Edit Şeyn, dənizçinin adı isə Qlenn Makdaffi idi. ABŞ Hərbi Dəniz Qüvvələrinin veteranı Qlenn Makdaffi 2014-cü ildə 86 yaşında qocalar evində vəfat edib.

Məlumata görə, o, son illərdə ağır xəstəlikdən əziyyət çəkib (2007-ci ildə ağciyər xərçəngi olduğu bildirilirdi). Qohumlardan Makdaffinin bir qızı olub.

Məsələ burasındadır ki, Nyu-Yorkun Tayms meydanında çəkilmiş fotoşəkildən dənizçinin kimliyi dəqiq müəyyən edilmədiyindən, müxtəlif illərdə Corc Mendoza və Karl Muskarello da daxil olmaqla, ondan çox kişi həmin şəkildəki oğlan olduqlarını iddia edib. Üstəlik, fotoşəkildəki tibb bacısı Edit Şeyn Karl Muskarelloya inanıb, lakin sonradan bu adamdan əmin olmadığını etiraf edib.

Buna baxmayaraq, 2007-ci ildə Makdaffi analiz üçün məhkəmə ekspertinin şəklini gətirib və araşdırmalar nəticəsində belə qənaətə gəlinib ki, həmin dənizçi Qlenn Makdaffidir. Qlenn Şeynlə öpüşü həmişə xatırlayıb, çünki tibb bacısının dodaqları çox böyük olub.

“Öpüş” fotosu 1945-ci il avqustun 14-də fotoqraf Eisenstaedt tərəfindən çəkilib.

Vasif Ayan,

KONKRET.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*