Metsola Paşinyanı Avropa Parlamentinin plenar iclasında çıxış etməyə dəvət etdibackend

Metsola Paşinyanı Avropa Parlamentinin plenar iclasında çıxış etməyə dəvət etdi

Avropa Parlamentinin (AP) sədri Roberta Metsola Ermənistanın baş naziri Nikol Paşinyanı AP-nin Strasburqda keçirilən plenar iclasında çıxış etməyə dəvət edib.

KONKRET.az bu barədə xarici mətbuata istinadən xəbər verir.

“Mən bu gün Qranadada Nikol Paşinyanla görüş keçirdim və onu Avropa Parlamentinin plenar iclasında çıxış etməyə dəvət etdim”, – Metsola deyib.

Onun sözlərinə görə, Ermənistanın Aİ-nin dəstəyinə ehtiyacı var.

“Minlərlə insanın Qarabağdan könüllü getməsi nəticəsində yaranan hazırkı vəziyyətin öhdəsindən gəlmək üçün Ermənistanın bizim dəstəyimizə və köməyimizə ehtiyacı var”, – diplomat əlavə edib.

Ariz Həsənoğlu,

KONKRET.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*