UEFA Millətlər Liqasında 2020/21 mövsümünün püşkatma mərasimi keçirilir.
KONKRET.az xəbər verir ki, Niderlandın paytaxtı Amsterdamda baş tutan tədbirdə Avropanın 55 komandası 4 liqada ümumilikdə 14 qrupa bölünüb.
A, B və C liqalarının hər birində dörd komandadan 4 qrupun tərkibi bəlli olub. D liqasında isə 3 və 4 yığmanın yer aldığı iki qrupun tərkibi müəyyənləşib.
