Milonov yenə Azərbaycana qarşı şər-böhtan dolu çıxış edib.
KONKRET.az xəbər verir ki, bunu Dövlət Dumasının “Vahid Rusiya”dan olan deputatı Vitali Milonov deyib. Milonov Azərbaycana qarşı şər və böhtandan ibarət çıxışında azərbaycanlılara nifrətini bir daha nümayiş etdirib.
“Azərbaycan Qarabağa gedən qazı kəsib və Qarabağın “120 min” sakinini blokadada saxlamaqda davam edir.
Qarabağda baş verənləri “soyqırım” adlandırmaq lazımdır. Azərbaycan dinc əhali ilə müharibə aparır.
Qarabağ minilliklər boyu Ermənistanın tərkibində olub. Azərbaycanın hərəkətləri Osmanlı İmperiyasının mövqeyinin ümumi təzahürüdür, ona təslim olmaq olmaz”, – deyə o çərənləyib.
Milonov çıxışında “faşist”, “genosid”, “insanlıqdan kənar” və s. bu kimi söz və ifadələrdən istifadə edərək Qarabağı “qədim xristian torpağı”, “Ermənistan torpağı” adlandırıb. Milonovu bu qədər yandırıb-tökən nədir ki, o, Azərbaycana qarşı bu qədər küfr tökür.
Hətta Rusiya Prezidenti Vladimir Putin Qarabağı Azərbaycan ərazisi kimi tanıdığını bəyan edib.
Milonov Azərbaycanı “soyqırım”da, dinc əhalini “aclıq və soyuqda qırmaqda” ittiham edir. Milonov yəqin burnunun ucundakı Ukraynada rusların törətdiklərini, milyonlarla ukraynalını necə məhv etdiklərini görmür. Yoxsa, özlərinə yaraşan adlı bizə qoymazdı.
Milonovun cəfəngiyat və iftira dolu çıxışını təqdim edirik:
Xuraman Etibarlı,
KONKRET.az