Mingəçevir şəhərində yanğın hadisəsi baş verib.
KONKRET.az xəbər verir ki, hadisə Tərəvəzçilik adlanan yaşayış massivində yerləşən fərdi təsərrüfatda qeydə alınıb.
Bir mərtəbəli yaşayış evinin əksər hissəsi əşyaları ilə birgə yanaraq kül olub. Fövqəladə Hallar Nazirliyinin (FHN) yanğınsöndürmə briqadaları yanğını söndürüb və alovun digər ərzilərə keçməsinin qarşısını alıb.
Faktla bağlı araşdırma aparıllr.
