Ermənistan xarici işlər naziri Ararat Mirzoyan Türkiyəyə səfər edəcək.
KONKRET.az xəbər verir ki, bu barədə Ermənistan Xarici İşlər Nazirliyi məlumat yayıb.
Bildirilir ki, səfər sabah, fevralın 15-də baş tutacaq. Mirzoyan Adıyamanda zəlzələ bölgəsinə baş çəkəcək və buradakı erməni xilasedicilərlə görüşəcək.
Səfər zamanı Mirzoyan Türkiyənin xarici işlər naziri Mövlud Çavuşoğlu ilə görüşəcək.
