Misli Premyer Liqasının 2026/27 mövsümündə I turun oyun cədvəli məlum olub.
KONKRET.az qol.az-a istinadla xəbər verir ki, bu haqda Peşəkar Futbol Liqası məlumat yayıb. Turun bütün görüşləri “CBC Sport” telekanalı vasitəsilə canlı yayımlanacaq. Matçlar 14, 15, 16 və 17 avqust tarixlərində keçiriləcək.
14 avqust (cümə)
19:30. “Turan Tovuz” – “Qəbələ”
Tovuz şəhər stadionu, 19:30
15 avqust (şənbə)
18:30. “Araz-Naxçıvan” – “İmişli”
Qəbələ şəhər stadionu
20:45. “Sabah” – “Kəpəz”
“Bank Respublika Arena”
16 avqust (bazar)
19:00. “Sumqayıt” – “Neftçi”
“SOCAR Polymer Arena”
21:00. “Zirə” – “Şəfa”
Zirə İdman Kompleksinin stadionu
17 avqust (bazar ertəsi)
19:30. “Qarabağ” – “Şamaxı”
Tofiq Bəhramov adına Respublika stadionu
Qeyd edək ki, ölkəmizi Çempionlar Liqasında təmsil edən “Sabah” klubunun rəsmi müraciətini, “Kəpəz” klubunun rəsmi razılıq məktubunu nəzərə alan Peşəkar Futbol Liqası ölkəmizin beynəlxalq arenada idman nüfuzunun uğurla təmsil olunmasını rəhbər tutaraq adıçəkilən klublar arasında baş tutacaq 1-ci və 2-ci dövrə oyunlarının yerini dəyişib.
