Oktyabrın 13-də Rusiya xarici işlər nazirinin müavini Mixail Boqdanov İraqın Moskvadakı səfiri Qahtan Canabini qəbul edib.
KONKRET.az xəbər verir ki, bu barədə Rusiya Xarici İşlər Nazirliyinin mətbuat xidməti məlumat yayıb.
Görüşdə Fələstin-İsrail münaqişəsinin kəskinləşməsi fonundaYaxın Şərq gündəliyinin əsas aspektləri üzrə ətraflı fikir mübadiləsi aparılıb.
Bildirilir ki, söhbət zamanı iki ölkə arasında ənənəvi dostluq münasibətləri, o cümlədən İraqın Baş naziri Məhəmməd Sudaninin Moskvaya rəsmi səfəri nəticəsində əldə olunmuş razılaşmaların həyata keçirilməsi kontekstində müzakirə aparılıb.
Ariz Həsənoğlu,
KONKRET.az
