MKİ, Mossad və Səudiyyə kəşfiyyatçıları belə məhv edildilərbackend

MKİ, Mossad və Səudiyyə kəşfiyyatçıları belə məhv edildilər

Husilər ABŞ, İsrail və Səudiyyə Ərəbistanı ilə əlaqəli olan casus şəbəkəsi üzvlərinin həbs olunduğunu açıqlayıb.

KONKRET.az Globalinfo.az-a istinadən xəbər verir ki, həmçinin onların əməliyyat mərkəzi də dağıdılıb.

“Çoxmərhələli əməliyyat nəticəsində MKİ, Mossad və Səudiyyə Ərəbistanı Baş Kəşfiyyat Xidməti tərəfindən əlaqələndirilən casus şəbəkəsi zərərsizləşdirilib. Onların qərargahı Səudiyyə Ərəbistanında yerləşir”, – deyə Yəmən Daxili İşlər Nazirliyi bildirib.

Nazirliyin məlumatına görə, şəbəkə vahid koordinasiya mərkəzindən əmr alaraq birdən çox hücrə vasitəsilə fəaliyyət göstərib.

Bu təşkilatın fəaliyyətinin məqsədi Yəməndə hərbi və müdafiə infrastruktur obyektlərini, eləcə də raket və dron istehsalı mərkəzlərini müəyyən etmək olub.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*