Dağlıq Qarabağdakı Rusiya sülhməramlı kontingenti Azərbaycan Respublikasının işğaldan azad edilmiş əraziləri arasında humanitar yüklərin tranzitini təmin edir.
KONKRET.az xəbər verir ki, bu barədə Rusiya Müdafiə Nazirliyi məlumat yayıb.
Nazirliyin məlumatında bildirilir ki, sosial obyekt və yaşayış evlərinin enerji və su təminatı sistemlərini bərpa etmək üçün iyirmi KamAZ hərbi maşını və onu müşayiət edən beş texnikadan ibarət Humanitar Reaksiya Mərkəzinin ikinci Rusiya karvanı Kəlbəcər rayonuna Madagiz və Vəng yaşayış məntəqələrindən keçməklə 150 tondan çox tikinti materialı çatdırıb.
Vəsilə İbrahim
KONKRET.az

