Moldova MDB-dən çıxışı sürətləndirirbackend

Moldova MDB-dən çıxışı sürətləndirir

Moldova MDB Parlamentlərarası Assambleyasının tərkibindən çıxmaq proseduruna başlayıb, bir ay ərzində qərarın veriləcəyi gözlənilir.

KONKRET.az “TVR-Moldova”ya istinadən xəbər verir ki, bunu Moldova parlamentinin spikeri İqor Qrosu bildirib.

“Biz MDB Parlamentlərarası Assambleyasının üzvlüyündən çıxmaq prosesinə başlamışıq. Təbii ki, bəzi hüquqi prosedurlara əməl etməli olacağıq. Qərar layihəsi hökumətdədir, nəticəsini gözləyirik. Prosesə start verilib”, – deyə Qrosu vurğulayıb.

Digər sazişlərdən çıxması və Moldovanın MDB-dən yekun fasiləsi barədə danışarkən o bildirib ki, hökumət və Xarici İşlər Nazirliyi bütün qanunvericilik bazasını, Moldovanın MDB-də imzaladığı bütün sazişləri təhlil edir.//Yenisabah

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*