Moldovadakı atışmanın detallarıbackend

Moldovadakı atışmanın detalları

Moldovada hava limanında atəş açan Tacikistan vətəndaşı Rüstəm Aşurov “Orienbank” sədrinin birinci müavini Şuxrat İsmatulloyevi qaçıran cinayətkar qrupun üzvlərindən biri olub.

KONKRET.az xəbər verir ki, bu barədə Tacikistan Baş Prokurorluğu məlumat yayıb.

Qeyd olunur ki, İsmətulloyevin oğurlanması bu il iyunun 23-də baş verib.

“Həmin gün faktla bağlı cinayət işi başlanıb, cinayətin açılması və təqsirkarların məsuliyyətə cəlb edilməsi üçün əməliyyat-istintaq qrupu yaradılıb.

İstintaq zamanı müəyyən edilib ki, mütəşəkkil cinayətkar dəstənin iştirakçılarından biri Tacikistan Respublikasının vətəndaşı, 25 mart 1980-ci il təvəllüdlü Aşurov Rüstəm Kərimoviçdir. O, Avropa Birliyi ölkələrində gizlənmək üçün Türkiyə üzərindən Moldovaya qaçıb.

O, Kişinyov aeroportunda onu saxlamaq istəyən hüquq-mühafizə orqanlarının əməkdaşlarından birinin tapançasını alaraq iki nəfəri güllələyib və bir neçə nəfəri girov götürüb. Antiterror əməliyyatı zamanı Aşurov yaralanıb və həbs edilib. Bu cinayət işi üzrə istintaq davam edir”, – Tacikistan Baş Prokurorluğunun çıqlamasında deyilir.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*