“Rusiya həqiqətən Türkiyə ilə əməkdaşlıq etməyə çalışır. Prezident Vladimir Putinin daha əvvəl də dediyi kimi, Türkiyə bu gün müstəqil bir oyunçudur, Prezident Ərdoğan razılaşmalara əməl edir. Bu səbəbdən Moskvanın belə bir qarışıq və proqnozlaşdırıla bilən məsələdə Türkiyə ilə çalışması faydalıdır”
KONKRET.az xəbər verir ki, bunu Rusiya Elmlər Akademiyası Şərqşünaslıq İnstitutunun Yaxın və Orta Şərq Araşdırmaları Mərkəzinin tədqiqatçısı, Çağdaş Türkiyə Araşdırmaları Mərkəzinin direktoru Amur Hacıyev “Vestnik Kavkaza”a verdiyi müsahibəsində deyib.
O əlavə edib ki, “Moskvanın son açıqlamaları Qərb tərəfdaşlarına, ilk növbədə ATƏT-in Minsk qrupunun həmsədrləri olan ABŞ və Fransaya Rusiya və Türkiyənin Dağlıq Qarabağla bağlı məsələləri artıq koordinasiya etməyi bacardıqlarına dair bir mesaj kimi qiymətləndirilə bilər. Belə ki, Rusiya Qərbə Moskvanın Ankara ilə işləmək istədiyini göstərir. Ankaranın öz öhdəliklərini yerinə yetirən, etibar edilə bilən bir tərəfdaş olduğundan məmnunluğunu ifadə edir”.
Lətif,
KONKRET.az
