Moskva “İsgəndər” məsələsində həqiqəti bilir – Professorbackend

Moskva “İsgəndər” məsələsində həqiqəti bilir - Professor

Ermənilər “İsgəndər”raket komplekslərinin nə qədər güclü dağıdıcı qüvvəyə malik olduğunu bilərək “özlərinin” saydıqları Şuşaya bu raketi ataraq bir çox suallara aydınlıq gətirdilər. Birincisi aydın olur ki, Şuşa heç vaxt ermənilərin olmayıb. Çünki onlar 30 il ərzində Şuşanı darma-dağın edərək, ancaq istismar ediblər. Heç bir azərbaycanlı bunu Şuşaya qarşı edə bilməzdi. Çünki heç kim özünə əziz olan şəhəri incidə bilməz.

KONKRET.az xəbər verir ki, bu barədə axar.az-a açıqlamasında Rusiya Elmlər Akademiyasının üzvü, professor Kamran Rüstəmov bildirib.

“Nəşnl İnterest”in hərbi ekspertləri artıq Rusiyada bəzi “mütəxəsislərin” gülünc rəylərinə fikir bildirib. Bu “mütəxəsislər” Bakını yalanda iddiham edərək, guya nümayiş olunan “İsgəndər” raketlərinin Suriyadan gətirildiyini bildirib. Hərbi ekspertlər isə buna maraqlı faktlar ilə cavab verib.

Savadsız “hərbi ekspertlərə” çoxdan bilmək lazım idi ki , hər bir raketin seriya nömrəsi olur. Bakı nümaiş etdirdiyi raket qalıqlarında elementar olaraq buraxılış tarixi və müxtəlif “VİN kod”lar qeyd edilib. Raketlərin düşdüyü yerlərin dəqiq koordinatları verilib. Əsl mütəxəssislər söhbətin nədən getdiyini yaxşı bilirlər . Bu göstəricilər ilə Moskva raketin buraxıldıgı qurgunu, kompleksin harada yerləşdiyini, raketin hərəkət xəritəsini tam olaraq təyin edə bilər . Məsələn, raket nömrəsi ilə müəyyən edilmişdir ki , Malayziya “Boinq” in vurulduğu “Buk” zenit-raket kompleksi üçün 9 m 38 raketi 1986-cı ilin dekabrında Ukrayna SSR-in Ternopol vilayətində yerləşən 20152 saylı zenit-raket briqadasına təhvil verilmişdir”, – deyə alim qeyd edib.

  • Garacanta
    Aprel 5, 2021 - 19:28

    Millətim, Rusiya artıq Böyük Siyasi Fırıldağa Əl Atıb- İsgəndər -M raketi ruslar tərəfindən atılıb. Bu böyük kompleksdir. İndi Rusiya deyir ki bu raketlər maxinasiya yolu ilə Ermənistana ötürülüb. TAM YALAN. Hər Bir Raket Peyk tərəfindən İzlənilir. Hardan hara daşınır və s. Yəni Bu Rusiya Azərbaycanı Bu qədərmı “axmaq” sayır. Axmaq və Təcavüzkarın Tam Özü Rusiyadır!!

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*