Moskva sanksiyalardan YAYINDI: gizli neft ticarətinin üstü açıldıbackend

Moskva sanksiyalardan YAYINDI: gizli neft ticarətinin üstü açıldı

ABŞ-ın sanksiyaları altında olan Rusiya tankeri “Primorye” gizli şəkildə nefti başqa gəmiyə ötürməklə sanksiyalardan yayınıb.

KONKRET.az xəbər verir ki, bu barədə “Bloomberg” məlumat yayıb.

Qeyd olunub ki, bu, Moskvanın Amerika məhdudiyyətlərinin effektivliyini pozmağa yönəlmiş yeni taktikasından xəbər verir.

Aprel ayında gəmi Rusiyanın Qara dənizdəki Novorossiysk limanına gedib və oradan Urals nefti yükünü götürüb. Bundan sonra tanker təxminən 12 min km hərəkət edərək Sinqapurdan təxminən 100 km şərqdə yerləşən yerə gəlib.

Bundan sonra gəmi identifikasiya sistemindən itib. Peyk məlumatlarına görə, tankerdən yük başqa gəmiyə – “Ocean Hermana” ötürülüb. Yükün sonda Çin neft emalı zavodlarından birinə çatdırılması baş tutub.

Ekspertlər hesab edir ki, ruslar eyni şeyi sanksiyalar altında olan digər tankerlərlə də edə bilər. Bildirilir ki, Rusiyanın digər gəmisi “Bratsk” artıq Primorye tankerinin marşrutu ilə gedir. O da sanksiyalar altındadır.

Günel Mikayılova,

KONKRET.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*