Moskvadakı “Armeniya” restoranı müxalifətə qarşı çıxdı – Məhkəmə işibackend

Moskvadakı “Armeniya” restoranı müxalifətə qarşı çıxdı – Məhkəmə işi

Restoran rəhbərliyi Moskvada etiraz günü baş vermiş itkilərlə əlaqədar məhkəməyə müraciət edib. Konkret.az xəbər verir ki, “Armeniya” restoranının təsisçisi “Ankor” MMC iyulun 27-də Moskvada keçirilən razılaşdırılmamış mitinqin təşkilatçılarına məhkəmədə iddia qaldırıb.

Qeyd edək ki, “Armeniya” restoranı Moskvanın mərkəzi Tverskaya küçəsində yerləşir. “Ankor”un açıqlamasında bildirilir ki, iyulun 27-də Tverskaya küçəsindəki binanın yaxınlığında keçirilən mitinqlər nəticəsində restoran səhər 10-dan səhər 8-dək bağlanıb. Nəticədə, iddiaçıya görə, restoran 552 min rubl məbləğində zərər görüb.

Aksiyanın təşkilatçıları Aleksey Navalny, Georgi Alburov, Yulia Galyamina, İvan Jdanov, Vladimir Milov, Lyubov Sobol, Alexander Solovyov, Oleq Stepanov və İlya Yashin məhkəmədə cavabdeh şəxs qismində dindiriləcək.

Qeyd edək ki, sosial şəbəkələrdə aksiya iştirakçıları tərəfindən “Armeniya” restoranında xidmət və yeməklərin keyfiyyəti sərt tənqid edilib. Nəticədə restoranın reytinqi xeyli aşağı düşüb. Restoran rəhbərliyi sosial şəbəkələrdəki səhifəsinə girişi məhdudlaşdırıb.

Natiq Səlim

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*