Moskvada iki atı elektrik cərəyanı vurub.
KONKRET.az “REN TV“yə istinadən xəbər verir ki, hadisə fevralın 25-nə keçən gecə Triumfalnaya meydanında baş verib.
Belə ki, məlumat lövhəsinə toxunan heyvanları elektrik cərəyanı vurub. Bir at aldığı xəsarətlərdən yerindəcə ölüb. İkinci heyvan isə vaxtında məftildən çıxarılaraq xilas edilib.
Hadisənin baş vermə səbəbləri araşdırılır.
İqbal Rzayev,
KONKRET.az
