Noyabrın 8-si gün ərzində və 9-na keçən gecə Ermənistan silahlı qüvvələrinin bölmələri cəbhənin müxtəlif istiqamətlərində Azərbaycan Ordusu bölmələrinin mövqelərini və yaşayış məntəqələrimizi müxtəlif atıcı silahlar, top və minaatanlardan atəşə tutub.
Cəbhənin Ağdərə, Ağdam, Xocavənd və Qubadlı istiqamətlərində döyüş əməliyyatları müxtəlif intensivlikdə davam edib. Sutka ərzində cəbhənin əsas istiqamətlərində düşmənə ciddi zərbələr vurulub. Cəbhənin bəzi sahələrində düşmən şəxsi heyət və hərbi texnikada itkilər verərək geri çəkilməyə məcbur edilib.
Sutka ərzində düşmənin xeyli sayda canlı qüvvəsi, 1 ədəd T-72 tankı, 1 ədəd D-30 topu, 1 minaatan heyəti, döyüş sursatı ilə dolu bir hərbi yük avtomobili məhv edilib və sıradan çıxarılıb.
Hazırda döyüş əməliyyatları davam edir.
Əməliyyat şəraiti qoşunlarımızın nəzarəti altındadır.

Çox xahiş edirəm erməni əsgərlərinin izini tozunu silin torpaqlarımızdan. Havadan onlan hücumu artırın onların başını qaldırmağa imkan verməyin bilirəm qıraqdan döyüş hasat gəlir amma onların darma-dağın olduğunu görəndə ürəyimə təskinlik gəlir şəhid oğullarımızın acısı silinir azda olsa. Nəfəs almağ qoymuyum faşistləri…
ALLAHA əmanət etmişəm sizləri sağ salamat evinizə dönün inşallah.