Müəllimlər pandemiya ilə bağlı hərəkətə keçdi – Azərbaycandabackend

Müəllimlər pandemiya ilə bağlı hərəkətə keçdi - Azərbaycanda

Sirr deyil ki, dünyanı ağuşuna alan pandemiya ilə mübarizə ölkəmizdə daha ciddi tədbirlərlə müşahidə olunur. İndi virusla mübarizədə “Biz birlikdə güclüyük!” şüarı ilə həmrəylik ən vacib amilə çevrilib.

Artıq Azərbaycan müəllimləri də “Biz müəllimlər varıq!” deyərək səhiyyədə onların qüvvələrindən istifadə olunmasını təklif edirlər.

KONKRET.az xəbər verir ki, “Damla” nəşriyyatının direktoru Kamil Məmmədovun təşəbbüsü ilə müəllimlər tərəfindən kampaniyaya start verilib. Belə ki, K.Məmmədovun özünün Facebook səhifəsindəki aşagıdakı paylaşımından sonra müəllimlər Səhiyyə Nazirliyi və TƏBİB-ə müraciət edərək, onlara tibbi təlimlər keçilməsini və lazım gələrsə, xəstələrin müalicəsində xidmətlərində istifadə olunmasını təklif edirlər.

“Salam hörmətli həmkarlarım. 4 iyul tarixində Facebook səhifəmdən bir video paylaşaraq, Azərbaycan Səhiyyə Nazirliyi və TƏBİB`ə müraciət etmişdim. Video müraciətimdə deyirdim ki, əgər Azərbaycanda Covid-19 xəstələrinə qayğı göstərə biləcək tibb işçisi çatışmırsa mən varam, BİZ MÜƏLLİMLƏR VARIQ!

Videonun linki:

Azərbaycan Səhiyyə Nazirliyi və TƏBİB'ə müraciət edirəm!#KamilMəmmədov

Gepostet von Kamil Məmmədov am Freitag, 3. Juli 2020

Bu videodan sonra onlarla həmkarım mənimlə əlaqə saxlayaraq, bu fikirdə mənimlə həmrəy olduqlarını və bu işdə dövlətə kömək edə biləcəklərini bildirdi.

İndi belə bir kampaniya başlamaq istəyirəm. Gəlin birlikdə müraciət edək! Dövlət tərəfindən bizə qısa vaxt ərzində təlimlər keçilsin. Əgər Azərbaycanda xəstələrə kömək edə biləcək tibb işçisi çatışmırsa BİZ MÜƏLLİMLƏR VARIQ!

Düşünün ki, xəstələrin arasında sizin də, mənim də yaxınımız ola bilər. Əgər hər hansı bir xəstənin ona bir stəkan su belə verən insana ehtiyacı varsa, onlardan biri niyə biz olmayaq?

Əziz təhsil işçiləri, müəllimlər! Sizdən xahiş edirəm! Gəlin bu çətin anda həmrəy olaq!

Kimlər bu kampaniyaya qoşulmaq istəyirsə xahiş edirəm aşağıdakı link vasitəsi ilə anketi doldursun.

Mənim müraciətimə siz də qoşulun!

Anket linki:
https://forms.gle/iSdhg5aM9MHb9Cgj7

“Biz birlikdə güclüyük!” şüarını əməlimizlə göstərməyin vaxtıdır!

Xahiş edirəm bu məlumatı səhifənizdə paylaşın!

#BizMüəllimlərVarıq

#BizBirlikdəGüclüyük”.

Qeyd edək ki, artıq onlarla müəllim bu təşəbbüsə qoşularaq, müraciətə imza atıb.

KONKRET.az

  • Konul
    İyul 5, 2020 - 17:03

    Pandemiya

  • Rəcəb
    İyul 6, 2020 - 23:26

    Eşq olsun belə müəllim ordusuna.Məndə sizə qoşuluram.Gigiyenik qaydalara güclü riayət edə bilirəm Təbii meyvələrdən qızdırmaları aşağa salmağı bacarıram.Sarğı etmək bacarığım var.Dərmanların əksəriyyətini tanıyıram.Öksürəyə qarşı müalicə təbii olaraq bacarıram.kənd meyvə qabığından öskürəyin kökünü tam kəsirəm.Mədə bağırsaq borusunu təmizləməyin yolunu bacarıram..şüyüd suyu ilə həm boşalmalıdır həm qaz buraxan xəstələrin qızdırması ağa enir.Otaqlarda səmimi hava abu havanı təmizliyə bilirəm.Xəstə yataqda idman etməli və yaxşı qidalanmalıdır .Virusların öldürmə ehtimalı 68%bacarığım var.Azot və kükürd virusu qapalı olaraq tam öldürə bilir.Sarmısaq turşusu ilə ağız burun naiəsi ilə həftədə ikicə dəfə yuyulubquru salfetlə bukulməli və bağlanmalıdır.Hərbir sağlam insanların maskanın içində gündə iki dəfə ən azı salfet yapışdırfıqda virus yoluxucu xəstə antibakteriyadan tam qoruna bilir.elə belə masqa taxmaq düzdeyil.qatıq və ayran pandemiya boğulmasına deyə xəstəni tez bir zaman boğaz boşluğundan xilas edir.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*