Müəllimlər üçün imtahanın ilk günü yekunlaşdı – 600-dən çox iştirakçı qatıldıbackend

Müəllimlər üçün imtahanın ilk günü yekunlaşdı - 600-dən çox iştirakçı qatıldı

Dövlət ümumi təhsil müəssisələrində çalışan müəllimlərin sertifikatlaşdırılması prosesinin test imtahanı mərhələsinin ilk günü yekunlaşıb.

Bu barədə KONKRET.az-a Məktəbəqədər və Ümumi Təhsil üzrə Dövlət Agentliyindən məlumat verilib.

Test imtahanında 606 nəfər müəllim iştirak edib, 98% davamiyyət qeydə alınıb.

Bildirilib ki, bu gün təşkil olunan təhsilverənlərin sertifikatlaşdırılması prosesinin test imtahanı mərhələsinin apellyasiya müraciətlərinin qəbuluna 18 iyun saat 12:00-dan etibarən start veriləcək.

Proses və nəticələrlə bağlı hər hansı narazılığı və ya şikayəti olan müəllimlər portal.edu.az platformasının “Sertifikatlaşdırma” bölməsinə daxil olmaqla müraciətlərini ünvanlaya bilərlər.

Qeyd edək ki, müraciətlərin qəbulu 18 iyul saat 12:00-a qədər davam edəcək. Müraciətlərin təhlilindən sonra yekun nəticələr elan ediləcək.

Qeyd olunub ki,  sertifikatlaşdırma prosesinin test imtahanı mərhələsi ölkənin 19 müxtəlif şəhər və rayonu üzrə ümumilikdə 35 imtahan mərkəzində təşkil edilir.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*