Müharibə zamanı ermənilər kilsəyə də ziyan vurub – RƏSMİbackend

Müharibə zamanı ermənilər kilsəyə də ziyan vurub - RƏSMİ

“Ermənilərin hücumları nəticəsində ümumilikdə 3 700 mülki obyektə ziyan dəyib”.

KONKRET.az xəbər verir ki, bunu Nazirlər Kabinetinin Mətbuat Xidmətinin rəhbəri İbrahim Məmmədov müharibə zamanı ermənilərin Azərbaycan vətəndaşlarına vurduqları ziyanın qiymətləndirilməsinə həsr olunan mətbuat konfransında bildirib.

Onun sözlərinə görə, bu sırada yaşayış, iaşə, istehsal və s. mülki obyektlərlə yanaşı, məscid, kilsə və qəbristanlıq da var.

Bundan başqa, Azərbaycan Prezidentinin köməkçisi, Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev əlavə edib ki, ziyan dəymiş kilsə, məscid və qəbiristanlıqların ümumi sayı 19-dur. H.Hacıyevin sözlərinə görə, onlardan 15-i qəbiristanlıq, 4-ü isə məscid və kilsədir.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*