Müharibədə 50 000-ə yaxın Rusiya hərbçisi artıq ölüb və ya yaralanıb – Britaniya Müdafiə Nazirliyibackend

Müharibədə 50 000-ə yaxın Rusiya hərbçisi artıq ölüb və ya yaralanıb - Britaniya Müdafiə Nazirliyi

“Müharibədə 50 000-ə yaxın Rusiya hərbçisi artıq ölüb və ya yaralanıb”.

KONKRET.az xəbər verir ki, bu barədə Britaniya Müdafiə Nazirliyi kəşfiyyat mənbələrinə istinadən məlumat yayıb.

Ölkənin müdafiə qərargahının rəhbəri Toni Radakinin sözlərinə görə, Rusiya artıq quruda döyüş qabiliyyətinin 30%-dən çoxunu itirib.

“Rusiya ilk 30 gündə Ukraynanı ələ keçirmək istəyirdi, NATO-ya təzyiq etmək istəyirdi. Bütün ambisiyalarında uğursuzluğa düçar olur. İndi fevralın əvvəlindən daha zəifləmiş rus ordusu var”, – deyə Radakin bildirib.

Xuraman Etibarlı,

KONKRET.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*