“Müharibədə qələbə çaldığımız kimi ağıl oyunlarında da üstün olmalıyıq”backend

"Müharibədə qələbə çaldığımız kimi ağıl oyunlarında da üstün olmalıyıq"

“Dağlıq Qarabağ separatçılarının lideri Arayik Arutunyan etiraf edib ki, rusiyalı hərbçilərlə görüşündə Azərbaycan rəsmisi də iştirak edib. Xəbər doğrudursa, bu uzun illərdən sonra separatçıların təmsilçisiylə ilk təmasımız sayıla bilər”.

KONKRET.az xəbər verir ki, bunu “Atlas” Araşdırmalar Fondunun rəhbəri Elxan Şahinoğlu bildirib.

Ekspert Azərbaycanın Arayik Arutunyanla bağlı planlarını belə izah edib:

“Əlbəttə, Arayik Arutunyan cinayətkardır və müharibə dövründəki cinayətlərinə görə cavab verməlidir, ona qarşı cinayət işi qüvvədədədir. Ancaq reallıq bundan ibarətdir ki, Arayik Arutunyan Xankəndidə idarəetməni həyata keçirir, Rusiya hərbçiləri ilə daima təmasdadır. Məsələnin ikinci tərəfi odur ki, illərdir deyirdik ki, Emənistan Dağlıq Qarabağdan qoşunlarını çıxarsın, biz özümüz erməni vətəndaşlarımızla dil taparıq. Arayik Arutunyan hələ də İrəvandakı müzakirələrə qatılır. Ancaq elə etməliyik ki, o zaman-zaman Azərbaycan hakimiyyətinin emisarlarını da dinləsin və bilsin ki, növbəti yanlış addım ona və ətrafındakılara baha başa gələ bilər. Digər tərəfdən separatçıları nümayəndələrimizin Xankəndidə görünməsinə də alışdırmalıyıq. Gələcək hədəflərimizdən biri Arayik Arutunyanın bir başqasıyla əvəzlənməsinə nail olmaqdır. Keçmişdə bu əvəzlənmələrdə əsas rol İrəvana aid idi. Bundan sonra isə elə etməliyik ki, bölgədəki ermənilər üzərində idarəetməni həyata keçirmək istəyən şəxs Bakının da maraq və istəklərini nəzərə alsın. Çətindir, ancaq mümkündür. Bunun həyata keçirilməsi yolları barədə indidən düşünməliyik. Müharibədə qələbə çaldığımız kimi ağıl oyunlarında da üstün olmalıyıq”.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*